Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, "X" sosial media platformasında o, Donald Tramp administrasiyasının hərəkətlərindən narahatlığını bildirib.
Obama Minneapolis hadisəsini Amerika dəyərlərinə hücum adlandırdı. O, Tramp administrasiyasının agentlər arasında nizam-intizam yaratmaq əvəzinə, gərginliyin artmasına çalışdığını söyləyib. "ICE-nin işə götürülənlərinin və digər federal agentlərin necə cəzasızlıqla hərəkət etdiyinin və bunun faciəyə səbəb olduğunun şahidi oluruq. Hazırkı Tramp administrasiyasının rəsmiləri onları məsuliyyətə cəlb etmək əvəzinə, bu hərəkətləri haqlı çıxarmaq cəhdlərini davam edirlər", - deyə o bildirib.
Obama Amerika xalqına müraciət edərək onları Trampın immiqrasiya siyasətinə qarşı etiraz dalğasını dəstəkləməyə çağırıb.
24 yanvarda ICE agentləri həbs zamanı bir kişini güllələyərək öldürdülər. Minnesota qubernatoru Tim Uolz atışmadan sonra Ağ Evlə əlaqə saxladığını və ABŞ prezidenti Donald Trampı öz ştatındakı repressiv hərəkətlərə son qoymağa çağırdığını söyləyib. O, hadisənin administrasiyanın immiqrasiya siyasətini sərtləşdirdiyi bir vaxtda baş verdiyini bildirib.
Tramp özü bildirib ki, ölən şəxsin üzərində istifadəyə hazır doldurulmuş silah tapılıb. O, Minneapolis meri və qubernatorunu üsyanı qızışdırmaqda və onların təkəbbürlü ritorikada günahlandırıb.
Qadir, Bizimyol.info