Obama SÜKUTU POZDU: ABŞ də dəyişiklik vaxtıdır!

04.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ-nin 44-cü prezidenti Barak Obama amerikalıların cəmiyyəti parçalamaq əvəzinə insanları birləşdirən siyasət və problemlərə konkret həll yolları təklif edən liderlər istədiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə özünün "Facebook" hesabında paylaşım edib.  

Obama qeyd edib ki, seçkilərdə əldə olunan nəticələr ölkənin müxtəlif bölgələrində, o cümlədən əvvəllər qələbə şansı az hesab edilən ərazilərdə namizədlərin irəli sürülməsi sayəsində mümkün olub.

Onun sözlərinə görə, namizədlər müxtəlif sosial təbəqələri və siyasi baxışları təmsil etsələr də, onları ortaq dəyərlər, ictimai xidmətə inam və seçicilərin maraqlarını üstün tutmaq öhdəliyi birləşdirib.

Keçmiş prezident seçkilərin problemsiz keçirilməsinə töhfə verən hər iki partiyanın minlərlə nümayəndəsinə və könüllüsünə də təşəkkür edib. O, bu şəxslərin demokratiyanın ən mühüm funksiyalarından birinin həyata keçirilməsində rolunu vurğulayıb. 

Obama əlavə edib ki, hazırkı administrasiyanın vəzifədə qalmasına daha iki il vaxt var. Bu müddətdə əsas vəzifə səyləri artırmaq, mümkün dəyişiklikləri həyata keçirmək, gələcək zərərlərin qarşısını almaq və qarşıdakı dövr üçün möhkəm zəmin yaratmaqdır. 

Murad İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью