Obama Trampı hədəf aldı: “Heç kimin istəmədiyi müharibəyə başladı”

29.10.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın “heç kimin istəmədiyi lazımsız bir müharibəyə başladığını” bildirib.

Turkustan.az xəbər verir ki, Obama Corciya ştatının Atlanta şəhərində Demokratlar Partiyasının aralıq seçkilərdə iştirak edən namizədini dəstəkləmək üçün keçirilən mitinqdə çıxış edərək Trampı və ABŞ administrasiyasının qərarlarını tənqid edib.

“Hazırkı prezident bir sıra səhv qərarlar qəbul edib. Bunlardan ən əsası heç kimin istəmədiyi lazımsız müharibəyə başlamaq idi”, – deyə Obama bildirib.

Keçmiş prezident öz hakimiyyəti dövründə İranla imzalanan nüvə sazişinə də toxunub. O, həmin razılaşmanın İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəldiyini vurğulayaraq diplomatiyanın əhəmiyyətini qeyd edib.

“İrana qarşı ilkin məqsəd nüvə silahından və nüvə proqramından imtina etməsinə nail olmaq idi. Halbuki İranın nüvə silahı yox idi və biz onun nüvə proqramını dayandırmışdıq. Hamının qəbul etdiyi kimi, mən İranın nüvə silahına sahib olmasının qarşısını alan saziş imzalamışdım. Heç bir raket atmağa ehtiyacım olmadı. Diplomatiyaya əl atdım”, – deyə Obama bildirib.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью