Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin keçmiş prezidentləri Barak Obama və Bill Klinton, Minneapolisdəki Trampa qarşı keçirilən etirazları dəstəkləmək və ölkə dəyərlərini qorumaq üçün vətəndaşlara çağırış ediblər.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, son günlər Minneapolisdə iki nəfərin Miqrantlar və Gömrük Mühafizə Polisi (İCE) tərəfindən vurularaq öldürülməsi, genişmiqyaslı nümayişlərə səbəb olub. Hadisə Demokratlar ilə Respublikaçılar arasında da gərginliyi artırıb.
Belə ki, yanvarda 7-də 37 yaşlı, üç uşağın anası Rene Nikola Qud ICE tərəfindən vurularaq öldürülüb. Dünən isə 37 yaşlı Aleks Pretti ICE agentləri tərəfindən öldürülüb. Ağ Ev Prettinin polisə silahlı hücum etdiyini iddia etsə də, hadisənin videosu bu iddiaları təsdiqləmir. Prezident Donald Tramp isə ştatdakı nümayişlərdə Demokratları günahlandırıb.
Keçmiş prezident Barak Obama Prettinin öldürülməsini ürək parçalayan faciə və ABŞ dəyərlərinə qarşı xəbərdarlıq adlandırıb. Obama əlavə edib ki, maskalı İCE agentləri və digər federal qüvvələrin şəhərdə tətbiq etdiyi təzyiq metodları insanların haqlı qəzəbinə səbəb olub. O, Tramp administrasiyasını vəziyyəti daha da gərginləşdirməkdə günahlandırıb:
The killing of Alex Pretti is a heartbreaking tragedy. It should also be a wake-up call to every American, regardless of party, that many of our core values as a nation are increasingly under assault. pic.twitter.com/0JmEsJ1QFW
— Barack Obama (@BarackObama) January 25, 2026
“Hər Amerikalı Minneapolis və ölkənin digər bölgələrindəki dinc etirazları dəstəkləməli, onlardan ilham almalıdır. Bu nümayişlər, ədalətsizliyə qarşı səsimizi yüksəltməyin, əsas azadlıqlarımızı qorumağın və hökuməti hesabat verməyə məcbur etməyin hər bir vətəndaşın məsuliyyəti olduğunu xatırladır”.
Keçmiş prezident Bill Klinton isə son həftələrdə baş verənləri qorxunc və gözlənilməz adlandırıb. O, maskalı federal agentlərin insanları evlərindən və iş yerlərindən zorla çıxardığını, dinc etirazçıların təqib olunduğunu və döyüldüyünü bildirib. Klinton qeyd edib ki, Amerikan xalqının indi verəcəyi qərarlar ölkənin tarixini formalaşdıracaq:
Over the course of a lifetime, we face only a few moments where the decisions we make and the actions we take will shape our history for years to come. This is one of them. pic.twitter.com/fr4TclLBZd
— Bill Clinton (@BillClinton) January 25, 2026
“250 il sonra azadlıqlarımızdan vaz keçsək, onları geri almaq mümkün olmayacaq. Amerika demokratiyasına inanan hər birimiz ayağa qalxmalı, səsini yüksəltməli və ABŞ-nin hələ də xalqa aid olduğunu göstərməlidir”.
Cavid, BakuPost