Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nın sabiq prezidentləri Barak Obama və Bill Klinton Minneapolis şəhərində miqrasiya polisinin (ICE) 2 nəfərin öldürülməsindən sonra başlayan etiraz aksiyalarına dəstək çağırışı ediblər.
KONKRET.az xəbər verir ki, keçmiş prezidentlər Donald Tramp administrasiyasının sərt miqrasiya siyasətini və federal qüvvələrin davranışını tənqid edərək, Amerika dəyərlərinin ciddi təhlükə altında olduğunu vurğulayıblar.
Barak Obama baş verənləri “ürəkağrıdan faciə” adlandırıb və amerikalıları sülh yolu ilə keçirilən etirazlara qoşulmağa çağıraraq, ədalətsizliyə qarşı etirazın və hökuməti cavabdeh tutmağın hər bir vətəndaşın borcu olduğunu bildirib.
Bill Klinton isə son həftələrdə ölkədə yaşanan hadisələri “qəbuledilməz” adlandıraraq, insanların qanunsuz saxlanılması, dinc etirazçıların zorakılığa məruz qalması və ölümlərin ciddi narahatlıq doğurduğunu deyib. O, Amerika xalqını demokratiyanı və əsas azadlıqları qorumaq üçün “ayağa qalxmağa və səsini yüksəltməyə” çağırıb.
Qeyd edək ki, Minneapolis şəhərində yanvarın 7-də üç uşaq anası olan 37 yaşlı Reni Nikole Qud, yanvarın 24-də isə 37 yaşlı Aleks Prettini ICE əməkdaşları güllələyib. Bu iki hadisə prezident Donald Trampın miqrasiya siyasətinə və ICE-yə qarşı genişmiqyaslı etiraz nümayişlərini alovlandırıb.
(yeni sabah)