Obameyanq Fransaya qayıdır

19.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Səudiyyə Ərəbistanının "Əl-Kadsiya" klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qabonlu forvard "Marsel"lə anlaşıb. 36 yaşlı futbolçu Liqa 1 klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən mövsüm "Əl-Kadsiya"nın heyətində 36 oyunda 21 qol vurub, 3 qol ötürməsi edib. O, 2023/2024 mövsümündə də "Marsel"də çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью