Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Obameyanq qəzaya düşdü
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq məşqə gedərkən yol qəzasına düşüb.
QOL.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər klubun bazası yaxınlığında yerləşən AP-9 avtomobil yolunda baş verib. Futbolçunun idarə etdiyi idman avtomobili başqa maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib. Obameyanq daha sonra komanda ilə məşqə adi qaydada qatılıb.