Oblak “Atletiko”dan ayrılır? “Yuventus” hərəkətə keçdi

14.06.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Atletiko”nun qapıçısı Yan Oblak yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, sloveniyalı qolkiperin xidmətində “Yuventus” maraqlıdır.

Turin klubu 33 yaşlı qapıçının mümkün transferi ilə bağlı Madrid təmsilçisi ilə ilkin danışıqlar aparıb.

İtaliya nəhəngi yeni mövsüm öncəsi qapı xəttini gücləndirmək istəyir. Oblakın yüksək maaşı isə keçidin reallaşması yolunda əsas maneələrdən biri sayılır.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən “Atletiko”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Son məlumatlara görə, “Yuventus” qapıçı axtarışında Emiliano Martines variantını da nəzərdən keçirir.

Popoviçdən Türkiyə sözləri - “Qələbə bizim üçün sürpriz olmadı” DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Kerem Aktürkoğlu üzr istədi – “Bunun əvəzini çıxacağıq” Montella qolsuzluqdan gileyləndi – “Hər şeyi yoxladıq” Makqinn ən yaxşı seçildi: Şotlandiya 36 il sonra qələbə qazandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью