Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Atletiko Madrid"in qapıçısı Yan Oblak İspaniya La Liqasında 400 oyun keçirən ilk əcnəbi qapıçı olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Opta Jose" yayıb.
Sloveniyalı qolkiperin əlamətdar oyunu 2026/27 mövsümünün açılış turunda "Malaqa"yla (2:0) görüşə təsadüf edib.
Bununla belə, Oblak İspaniya elitası tarixində 400 oyun həddinə çatan 11-ci qapıçı olub. Əfsanəvi ispan Andoni Subisarreta 622 oyunla bu göstəricidə lider olaraq qalır.
"Atletiko"nun növbəti oyunu 23 avqustda "Vilyarreal"a qarşı olacaq.
Mirağa