Obyekt sahiblərinə XƏBƏRDARLIQ “Ağır şəkildə cərimələnəcəklər”

16.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Müəyyən bir qisim var ki, bunlar elektron siqaretlərin satışı ilə məşğuldur və onlar üçün insanların sağlamlığı maraqlı deyil, əsas məsələ özlərinə vəsait qazanmaqdır. Müəyyən qisim də çalışır ki, büdcə adı altında manipulyasiya eləsin ki, bundan büdcəyə vəsait daxil olur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Elşad Musayev Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, elektron siqaret mövcud dövrün bəlasıdır:
“Bununla bağlı müəyyən qanunlara dəyişikliyin edilməsi çox yaxşıdır. Əsas şikayət ondan ibarətdir ki, biz qəbul etdiyimiz qanunların icrasına nəzarət edə bilmirik. “Tütün və tütün məmulatları haqqında” Qanun qəbul edilib, amma ölkənin bütün iaşə obyektlərində siqaret çəkilir. Playstation oynanılan yerdə siqaret çəkilir. Balaca uşaqların oyun oynadığı yerlərdə siqaret çəkilir. Biz də sakitcə dururuq, sonra deyirik ki, bunun icrasına kim nəzarət eləməlidir?
Biz qanunlarda müvafiq icra hakimiyyəti orqanı yazırıq. Sonra müvafiq icra hakimiyyətinin kim olduğunu bilmirik. Bu qanunu qəbul edirik, çox gözəl. Bu gündən obyekt sahibləri bilməlidir ki, əgər onun obyektində siqaret çəkiləcəksə, o, ağır şəkildə cərimələnəcək. Bu işlə məşğul olan, buna nəzarət edən strukturun adı çəkilməlidir”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью