Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Müasir şəhər həyatında nəqliyyat axınının idarə olunması və reklam sənayesinin ink
Yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün müəyyən qaydalar tətbiq edilsə də, reklam lövhələrinin düzgün və qanunauyğun şəkildə yerlə
Şəhər küçələrində, magistral yollarda və yol kəsişmələrində müxtəlif ölçülü və formatlı reklam lövhələrinə tez-tez rast gəlmək mümkündür.
Lakin bu lövhələrin bəzən nizamsız və hətta təhlükəli yerlərdə quraşdırılması sürücülərin diqqətini yayındırır, yol nişanlarının görünməsini çətinləşdirir və nəqliyyat qəzalarının sayını artırır.
Avtosfer.az xəbər verir ki, reklam bazarının böyüməsi və şirkətlərin öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək istəyi bu sahədə nəzarətin gücləndirilməsini zəruri edir.
Yol kənarında yerləşdirilən reklam lövhələri yalnız kommersiya məqsədi daşımamalı, həm də ictimai təhlükəsizliyi nəzərə alaraq quraşdırılmalıdır.
Nəqliyyat eksperti Fərhad Eyyubov mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, sürücülərin diqqətinin iki növü var: aktiv diqqət və passiv diqqət.
“Aktiv diqqət - sürücünün yolda hərəkət etdiyi zaman onun hərəkətinə biləvasitə kömək edən diqqətdir.