Oçakovda Neptun 2 raket sistemi vurulub

18.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Oçakov yaxınlığında Ukraynanın "Neptun-2" sahil raket sisteminin texnikası vurulub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, ötən gecə Rusiya Silahlı Qüvvələri Kiyevin nəzarətində olan ərazilərdəki hədəflərə qarşı havadan buraxılan yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarından istifadə etməklə koordinasiyalı zərbələr endirib.

Xüsusilə də Oçakovdan 14 kilometr aralıda yerləşən Ribakovka yaşayış məntəqəsi yaxınlığındakı sahil raket kompleksinin mövqeyinə zərbə endirilib.

Rusiya qüvvələri "Neptun-2" sisteminin buraxılış qurğusunu və nəqliyyat-doldurma maşınını vurub.

Əhməd
“Cebheinfo.az”  

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью