Öcalan Bağçalının təklifinə nə cavab verəcək? | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının təklifinə nə cavab verəcəyi maraqla gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyə mediasında bəzi iddialar yayılıb.
Xatırladaq ki, Bağçalı Öcalanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək PKK-nın ləğv olunmasını və terrorçuların silahları yerə qoymağa çağırış etməsi ilə bağlı təklif verib.
Bunun ardınca Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) deputatı Ömər Öcalan həbsdə Abdullah Öcalanla görüşüb.
Onun dayısına Bağçalının təklifini çatdırdığı, aralarındakı danışıqların isə qeydə alındığı bildirilir.
Türkiyəli ekspertlərin sözlərinə görə, Öcalan təklifi qəbul etmək qarşılığında 2 şərt irəli sürüb.
O, proseslərin hüquqi çərçivədə olmasını və zəmanətçi ölkənin iştirakını istəyib.
Tam oxu
Xəbəri oxu