Öcalan çağırış etdi: PKK ləğv olunur, silahı yerə qoyun!

27.02.2025

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.

Öcalanın adından yayılan yazılı müraciətdə "silahı buraxın" çağırışı yer alıb.

“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - Öcalanın müraciətində deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью