Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə sürətlə dəyişikliklərin baş verdiyini gördük.
İsrailin təhlükəsizlik məqsədilə İranın bölgədəki proksi müharibəsini aparan HƏMAS və “Hizbullah”a qarşı başladığı mübarizədə bu iki təşkilatı zəiflətməsi diqqət çəkir.
Daha sonra Suriyada gözlənilməz şəkildə İran və Suriya tərəfindən dəstəklənən Əsəd rejiminin devrilməsindən sonra Fəratın şərqində ABŞ və İsrailin dəstəklədiyi terror qruplaşmalarının muxtariyyət və dövlətləşmə tələbləri gündəmə gəldi”.
Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik PKK-nın həbsdə olan sözdə “lideri”i Abdullah Öcalanın bu gün terror təşkilatının silahı yerə qoyması ilə bağlı çıxış edəcəyi haqqda yayılan iddialara münasibət bildirib.
H. OKtaya görə, bu kontekstdə Türkiyə PKK terror təşkilatının lideri Abdullah Öcalanla danışıqlar apararaq, HƏMAS və “Hizbullah” kimi 1970-c
Bu məsələ ilə bağlı DEM Partiyası son iki ayda müxtəlif dairələrlə görüşlər keçirib.