Öcalan PKKya nə zaman tərksilah çağırışı edəcək?

04.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin DEM Partiyasının millət vəkilləri İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə iştirak edən nümayəndə heyətinin əvvəlcə Türkiyə Böyük Millət Məclisində Numan Qurtulmuşla, sonra isə MHP lideri Dövlət Baxçalı ilə görüşləri olub.

Hazırda ictimaiyyəti düşündürən məsələlərdən biri də Öcalanın nə zaman PKK-ya tərksilah çağırışının etməsidir.

Nümayəndə heyətinin üzvlərindən sayılan Əhməd Türk sözügedən məsələyə münasibət bildirib.

O qeyd edib ki, İmralıya ikinci və ya üçüncü ziyarətdən sonra Öcalan PKK-ya tərksilah çağırışı edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью