Öcalana İmralıda villa tikilir? Cavabı Bahçeli verdi

16.09.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

MHP sədri Dövlet Bahçeli Abdullah Öcalan üçün İmralı adasında villa tikildiyi barədə iddialara münasibət bildirib.

O, inşa edilən tikilinin 250 kvadratmetrlik yaşayış evi olduğunu açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, iddia ötən həftə jurnalist Nagehan Alçı ilə görüşündən sonra ortaya atılıb. 

Jurnalist Ceyhun Bozkurta danışan Bahçeli Alçının açıqlamalarından sonra yayılan "villa" ifadəsini qətiyyətlə təkzib edib. O bildirib ki, dörd tərəfi su ilə əhatə olunan adadakı cəzaçəkmə müəssisəsinin ərazisində inşa edilən tikili villa deyil, 250 kvadratmetrlik yaşayış evidir. 

Bahçeli qeyd edib ki, 26 ildir həbsdə olan, xeyli yaşlı Abdullah Öcalan üçün nəzərdə tutulan bu ev onun görüşlərini sağlam şəraitdə keçirməsi, mesajlarını çatdırması və zərurət yaranarsa, jurnalistlərlə görüşməsi məqsədilə tikilib. 

MHP sədri əlavə edib ki, təşkilatın ləğvi istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır, Öcalanın 2025 və 2026-cı ilin fevral aylarında verdiyi bəyanatlar bir-biri ilə uzlaşır. O, həmçinin daha əvvəl irəli sürdüyü "Sülh prosesi üzrə siyasiləşmə koordinatorluğu" təklifinin hələ də qüvvədə olduğunu vurğulayıb. 

Bahçelinin gündəmində olan digər mühüm mövzulardan biri də qarşıdan gələn prezident seçkiləri olub. Növbəti seçkilərdə namizədlərinin hazırkı Prezident və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan olduğunu açıq şəkildə bəyan edən MHP lideri bildirib ki, Türkiyənin qarşıdakı altı ili həlledici əhəmiyyət daşıyır və görüləsi hələ çox iş var. 

Ərdoğanın 2018 və 2023-cü illərdə qazandığı seçki qələbələrinə toxunan Bahçeli, partiyasının rəmzi olan “üç hilal” simvolu üzərindən diqqətçəkən mesaj verib. 

O qeyd edib ki, Ərdoğan bu qələbələrlə “üç hilal”ın iki mərhələsini tamamlayıb və qarşıdakı dövrdə üçüncü hilalın da tamamlanacağına inandığını bildirib. Əfsanə Rəcəb “Cebheinfo.az”CAVAB 

MHP sədri Dövlet Bahçeli Abdullah Öcalan üçün İmralı adasında "villa" tikildiyi barədə iddialara münasibət bildirərək, inşa edilən tikilinin 250 kvadratmetrlik yaşayış evi olduğunu açıqlayıb. 

Cebheinfo.az xəbər verir ki, ötən həftə jurnalist Nagehan Alçı ilə görüşündən sonra ictimaiyyətdə müzakirələrə səbəb olan "İmralıda Öcalana villa tikilib" iddiasına MHP lideri Dövlet Bahçeli aydınlıq gətirib. Jurnalist Ceyhun Bozkurta danışan Bahçeli Alçının açıqlamalarından sonra yayılan "villa" ifadəsini qətiyyətlə təkzib edib. 

O bildirib ki, dörd tərəfi su ilə əhatə olunan adadakı cəzaçəkmə müəssisəsinin ərazisində inşa edilən tikili villa deyil, 250 kvadratmetrlik yaşayış evidir. Bahçeli qeyd edib ki, 26 ildir həbsdə olan və yaşı irəliləmiş Abdullah Öcalan üçün nəzərdə tutulan bu ev onun görüşlərini sağlam şəraitdə keçirməsi, mesajlarını çatdırması və zərurət yaranarsa jurnalistlərlə görüşməsi məqsədilə tikilib. 

MHP sədri əlavə edib ki, təşkilatın ləğvi istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır və Öcalanın 2025 və 2026-cı ilin fevral aylarında verdiyi bəyanatlar bir-biri ilə uzlaşır. O, həmçinin daha əvvəl irəli sürdüyü "Sülh prosesi üzrə siyasiləşmə koordinatorluğu" təklifinin hələ də qüvvədə olduğunu vurğulayıb. 

Bahçelinin gündəmində olan digər mühüm mövzulardan biri də qarşıdan gələn prezident seçkiləri olub. Növbəti seçkilərdə namizədlərinin hazırkı Prezident və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan olduğunu açıq şəkildə bəyan edən MHP lideri bildirib ki, Türkiyənin qarşıdakı altı ili həlledici əhəmiyyət daşıyır və görüləsi hələ çox iş var. 

Ərdoğanın 2018 və 2023-cü illərdə qazandığı seçki qələbələrinə toxunan Bahçeli, partiyasının rəmzi olan “üç hilal” simvolu üzərindən diqqətçəkən mesaj verib. O qeyd edib ki, Ərdoğan bu qələbələrlə “üç hilal”ın iki mərhələsini tamamlayıb və qarşıdakı dövrdə üçüncü hilalın da tamamlanacağına inandığını bildirib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью