Öcalanla görüş: Bu partiya da qərarını verdi

22.11.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə Yeni Yol Partiyası İmralıya (PKK lideri Abdullah Öcalanla görüş – red) gedəcək nümayəndə heyətinə üzv verməyəcəklərini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, dünən Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası İmralı məsələsini müzakirə etmək üçün toplanıb. İclasda hakim AKP, MHP və DEM partiyaları səsvermədən geri çəkilməyib. Əmək Partiyası (EMEP) və Türkiyə İşçi Partiyası (TİP) “bəli”, Demokrat Partiyası (DP) və Demokratik Sol Partiyası (DSP) isə “yox” səsi verdi. Yeni Yol Partiyası isə bitərəf qalmışdı. Eyni zamanda, müxalif CHP də səsverməyə qatılmayıb və İmralıya partiya üzvü göndərməyəcəyini bildirib.

Əlavə edək ki, İmralı adasına səfərin yaxın günlərdə baş tutacağı gözlənilir. Partiyalar sabah parlamentin sədrinə hansı üzvlərin qatılacağı barədə məlumat verəcəklər. Səfər üçün icazə isə Türkiyə Ədliyyə Nazirliyindən alınacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью