Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyədə kürdyönümlü DEM partiyasının İmralı heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, heyət bu barədə açıqlama yayıb.
Qeyd olunub ki, 3 saat yarım sürən görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan, ədliyyə naziri Yılmaz Tunç və siyasi partiya lideri ilə görüş və müzakirələr diqqətdə saxlanılıb.
Həmçinin PKK-nın 11 iyulda silahların məhv edilməsi mərasiminin təəssüratları ilə bağlı məlumatlar çatdırılıb.
Öcalan sülh üçün iradə, inam və əzmin vacibliyini vurğulayıb.