Oçoa karyerasını bitirdi Meksika əfsanəsi futbolla vidalaşdı

06.07.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Meksika millisinin qapıçısı Gilyermo “Memo” Oçoa peşəkar futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper qərarını DÇ-2026-nın 1/8 finalında İngiltərəyə 2:3 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

Oçoa karyerası ərzində 6 dünya çempionatında iştirak edib. O, uzun illər Meksika millisinin əsas simalarından biri olub və böyük turnirlərdəki çıxışları ilə futbolsevərlərin yaddaşında iz qoyub.

Qeyd edək ki, Oçoa Meksika millisinin heyətində 152 oyun keçirib. Klub karyerası ərzində “Amerika”, “Ajaçço”, “Malaqa”, “Qranada”, “Standard”, “Salernitana” və AEL-in formasını geyinib.

Neymar millidən getdi - Braziliya əfsanəsi karyerasını başa vurdu Meksika - İngiltərə oyunu təxirə salındı - Başlama vaxtı dəyişdi Haaland: “Nə etdiyimi özüm də bilmirəm” DÇ sonrası növbəti istefa - İordaniya millisində ayrılıq Qana millisində istefa - Keyruş postundan ayrıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью