Ödəmə terminalından oğurluq etmək istədi POLİS TUTDU FOTO

04.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zərdab rayonunda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью