Ödəniş kartlarının istifadə statistikası: “Visa” və “MasterCard” liderdir | Icma.az
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Azərbaycanda ən çox istifadə edilən ödəniş kartı “Visa” kartdır.
Sfera.az Mərkəzi Bankın 2024-cü ilin dekabrın 1-nə aid olan məlumatına istinadən xəbər verir ki, ölkə vətəndaşlarının ödəniş kartları ilə apardıqları əməliyyatların sayı 153,85 milyon ədəd olub.
Bu qədər əməliyyat sayının 90,4 milyon ədədi (58,8 faiz) “Visa” kartın payına düşüb.
“MasterCard” əməliyyatların sayına görə ikinci sırada qərarlaşıb. Bu kartlarla 62,6 milyon ədəd (40,7 faiz) əməliyyat aparılıb.
Adıçəkilən kartlardan başqa “American Express” (680 min ədəd) və lokal kartlar vasitəsilə (185 min ədəd) də əməliyyat aparılır.
Azərbaycan vətəndaşı olmayan şəxslər də “Visa” kartlarından istifadə edir. “MasterCard” ikinci sıradadır.
Vasif Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu