Ödəniş terminalından oğurluq edildi VİDEO

17.06.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Gəncədə ödəniş terminalından oğurluq edilib.

"Unikal"ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birində yerləşən ödəmə terminalından 8273 manat pulu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 34 yaşlı Emin Əsgərov və həmyaşıdı Vicat İsmayılov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью