Ödəniş terminalından oğurluq edildi VİDEO

17.06.2025

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə ödəniş terminalından oğurluq edilib.

Adalet.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birində yerləşən ödəmə terminalından 8273 manat pulu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 34 yaşlı Emin Əsgərov və həmyaşıdı Vicat İsmayılov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью