Ödəniş təşkilatı nizamnamə kapitalını 200 min manat artırdı

09.12.2025

Icma.az, Marja.az saytına istinadən bildirir.

"Cib Pay" MMC nizamnamə kapitalını 19%  artırıb.

Azərbaycanda lisenziyalı ödəniş təşkilatı “CibPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (CIBPAY) nizamnamə kapitalını yenidən artırıb.

Məlumata görə, şirkət nizamnamə kapitalını 200 min manat və ya 19 % artıraraq 1 milyon 267 min manata çatdırıb.

Xatırladaq ki, şirkət nizamnamə kapitalını noyabrın əvvəlində 20 min manat və ya 2% artıraraq 1 millyon 67 min manata qaldırmışdı.

Qeyd edək ki, şirkət 2022-ci ildə təsis edilib. Onun təsisçisi  Söhrab Fərhadov Cəbrayıl oğludur. S.Fərhadov hazırda həmçinin şirkətin icra orqanına rəhbərlik edir. Fintex “FinDynamix” MMC-yə daxildir. Mərkəzi Bank 2024-cü ilin sentyabrında şirkətə lisenziya verib ki, burada kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi kimi xidmətləri aparmağa imkan verir.

İş elanları AzVak.az-da

© Yurd.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью