Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən ilin may ayında “Kontakt” mağazasından kreditlə alınan Samsung A55 markalı mobil telefonun ödənişləri vaxtında həyata keçirilsə də, cihazın deaktiv edildiyi idda edilir.
AzPost xəbər verir ki, vətəndaş Əli Qasımovun sözlərinə görə, 4 yanvar tarixində telefonuna cihazın deaktiv olunması ilə bağlı mesaj daxil olub. O, ödəniş qəbzlərini dəfələrlə təqdim etməsinə baxmayaraq, mağazanın məsuliyyəti bankın üzərinə atdığını, bankın isə borcun mövcud olduğunu iddia etdiyini bildirib.
Şikayətçinin sözlərinə görə, hazırda mobil nömrə işlək vəziyyətdə deyil, məsələ ilə bağlı nə bankdan, nə də mobil operatorlardan dəqiq izahat almaq mümkün olub.
Qanunvericiliyə əsasən, istehlakçı kredit öhdəliklərini müqavilə şərtlərinə uyğun yerinə yetirdiyi halda, məhsul və ya xidmətin məhdudlaşdırılması yol verilməz hesab olunur. Belə hallarda məsuliyyət satıcı, bank və xidmət provayderi arasında koordinasiyalı şəkildə həll edilməlidir.
Paylaş