Ödənişli təhsil haqlarında dəyişiklik 5 min manat

21.07.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, bəzi bölgələrdə təhsil haqları fərqlidir: “Peşə təhsilində bəzi ixtisaslar var ki, onların təhsil haqqı 5 min manatdır. Bunun baha olduğunu düşünə bilərlər, ancaq səbəbləri var. Belə ki, beynəlxalq sertifikatlar, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin, ekspertlərin iştirakı və s. ilə bağlıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью