Ödənişli yolda minik avtomobili aşıb

01.07.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmaz, 1 iyul, Elxan Yusifli, AZƏRTAC

Bakı-Quba Rusiya federasiyası sərhədi ödənişli avtomobil yolunda minik avtomobili aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumqayıt şəhər sakini Əzimə İmanovanın idarə etdiyi "Changan" markalı avtomobil yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneələrə çırpılan maşın aşıb.

Hadisə zamanı avtomobildə tək olan sürücü yüngül xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, yolda hərəkətin təhlükəsizliyi təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью