Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ödənişli yolda piyadanı yük maşını vuraraq öldürüb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, rayonun Armudpadar kənd sakini Səbuhi Mahmudovu yolda yük maşını vurub.
Hadisə yerinə Təcili Tibbi Yardım maşını gəlsə də, zərərçəkən artıq dünyasını dəyişmiş olub.
Qəza baş verən əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca