Ödənişli yollardan gələn gəlirlər bu Fonda köçürüləcək

27.12.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 12 oktyabr 2006-cı il tarixli Sərəncamına dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fondun maliyyələşmə mənbələrinin sayı artırılıb. Belə ki, gələn ildən Fondun büdcəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına da formalaşdırılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью