Icma.az bildirir, Reyting.az portalına istinadən.
Rusiya ordusu bu gecə Ukraynanın Odessa bölgəsinə və onun ətraf ərazilərinə kütləvi dron hücumunu davam etdirib. İki uşaq da daxil olmaqla altı nəfər yaralanıb.
Reyting.az-ın məlumatına görə, Odessa prokurorluğu bildirir ki, hücum nəticəsində vacib infrastruktur, yol örtükləri və ictimai nəqliyyat dayanacağı zədələnib.
“Düşmənin atəşi nəticəsində iki 13 yaşlı oğlan da daxil olmaqla, iki 24 yaşlı qadın, bir 40 yaşlı və bir 80 yaşlı kişi yaralanıb”,- məlumatda qeyd olunur.
Odesa Vilayət Prokurorluğunun prosessual nəzarəti altında müharibə cinayətləri (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı məhkəməyəqədər istintaq başlanıb.
Odesa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, gecə baş verən kütləvi hücum mülki və enerji obyektlərinə daha çox ziyan vurub. Liman və enerji infrastrukturu obyektlərində bəzi ərazilərdə yanğınlar olub və avadanlıqlar zədələnib.
Hücum zamanı enerji qurğularına ziyan dəyib, nəticədə bəzi şəhər sakinləri elektriksiz qalıb.
V. QULİYEV