Odessada həlak olan gəmi kapitanı dəfn edildi

19.07.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.

Axar.az xəbər verir ki, Səməd Nəsrullayevin cənazəsi Lənkəran rayonuna gətirilib.

Mərhumun nəşi doğulduğu Balıqçılar qəsəbəsində ailəsinə təhvil verilib, sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью