Odessanı dairəvi müdafiəyə hazırlayırlar

26.05.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Odessanı dairəvi müdafiəyə hazırlayırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Ərazi Müdafiə Qüvvələrinin "Cənub" regional idarəsi özünün "Facebook" səhifəsində məlumat yayıb.

"Odessanı dairəvi müdafiəyə hazırlayırlar. Şəhərin ətrafında çoxkilometrlik tank əleyhinə xəndəklərin və qazıntı yerlərinin tikintisi başa çatmaqdadır, tikanlı məftillər və "əjdaha dişləri" quraşdırılır", — deyə məlumatda bildirilir.

İdarə görülən bu tədbirləri "qabaqlayıcı fəaliyyət" adlandırıb. Digər təfərrüatlar açıqlanmır.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью