Odessaya ballistik raket zərbəsi: çoxsaylı ölü və yaralı

18.11.2024

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Odessa yenidən ballistik raket hücumuna məruz qalıb. Hücum güclü partlayışlarla müşayiət olunub.

Ölkə.Az UNİAN-a istinadən xəbər verir ki, hava hücumu nəticəsində yerli hakimiyyət əhalini təhlükəsizliyini təmin etmək üçün onları sığınacaqlara yerləşdirir. 

Məlumata görə, hücum zamanı mülki infrastruktura və yaşayış binalarına ciddi ziyan dəyib. Hücum nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılar arasında ağır vəziyyətdə olanlar var. 

Noyabrın 17-də  isə Odessaya edilən hücum nəticəsində şəhərdə elektrik enerjisi kəsilib, su təchizatı və istiliklə bağlı problemlər başlayıb, regionun enerji infrastrukturu zədələnib, iki energetik ölüb. 

Noyabrın 17-də axşam saatlarında rus ordusunun Sumiyə hücum nəticəsində 89 nəfər xəsarət alıb və onlardan 11-i ölüb.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью