Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 9 noyabr, AZƏRTAC
Rusiya ordusu noyabrın 9-u səhər saatlarında Ukraynanın Odessa şəhərinə hava zərbələri endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın Odessadakı infrastruktur obyektinə hücumu nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.
O əlavə edib ki, yaralı şəxsin vəziyyəti ağırdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev