Odessaya hücum: yanğınlar və tələfat var

20.06.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Bu gecə Rusiya ordusu Odessaya dronlarla kütləvi şəkildə hücum edib, şəhərdə 10-dan çox zərbə qeydə alınıb, irimiqyaslı yanğınlar baş verib.
Reyting.az
bildirir ki, bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.
Odessa vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində 4 mərtəbəli yaşayış binası tamamilə yanıb.
“Xilasedicilər 3 nəfəri xilas edib, daha 6 nəfər təxliyə olunub. Yanğının söndürülməsi və insanların xilas edilməsi zamanı konstruksiyalar xilasedicilərin üzərinə uçub - 3 yanğınsöndürən xəsarət alıb, hazırda xəstəxanadadırlar”, - Dövlət Xidmətinin məlumatında deyilir.
Bundan başqa, sakinlərin sözlərinə görə, binada başqa şəxs də ola bilər, axtarış-xilasetmə işləri aparılır.
Bundan əlavə, 23 mərtəbəli yaşayış binasına da ziyan dəyib. Yanğın 18, 19 və 20-ci mərtəbələri əhatə edib, binadan 600 nəfər çıxarılıb.
Yanğınlar daha 5 yaşayış binasını və 3 avtomobili də əhatə edib.
Həmçinin pilotsuz təyyarənin hücumu nəticəsində Odessa dəmir yolu vağzalının zədələndiyini də bildirilir.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью