Odessaya kütləvi PUA hücumu! Dağıntılar və yaralananlar var | Icma.az
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hurriyyet.az xəbər verir ki, fevralın 19-na keçən gecə Rusiya ordusu Odessaya kütləvi PUA hücumu edib. Nəticədə 4 nəfər yaralanıb.
Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Kiper "Teleqram" kanalında məlumat verib: "4 nəfər zərər çəkib.
Onlardan biri uşaqdır. Yaralıların hamısı xəstəxanaya göndərilib. Vəziyyətləri orta ağırdır".
Hücum nəticəsində mülki infrastrukturun, o cümlədən uşaq poliklinikasının, bağçanın, çoxmərtəbəli binaların pəncərələrinin və minik maşınlarının zədələndiyi bildirilir.
Elektrik enerjisinin verilməsində və isitmə sistemlərinin işində fasilələr yaranıb.
Hürr Tərcüman Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu