“Odissey” “IMAX” tarixini dəyişdi Kino şirkəti rekord nəticə açıqladı

06.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kristofer Nolanın “The Odyssey” filmi dünya kino bazarında yalnız tamaşaçı marağı ilə deyil, həm də nümayiş texnologiyası tarixindəki nəticələri ilə diqqət çəkir.

Kulis.az xəbər verir ki, “IMAX” şirkəti 2026-cı ilin üçüncü rübü üzrə tarixinin ən yüksək maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin məlumatına görə, həmin dövrdə qlobal “IMAX” kassa gəlirləri 712 milyon dollara çatıb. Bu, əvvəlki rüblük rekorddan təxminən 90 faiz çoxdur. Ümumi gəlir 175 milyon dollar təşkil edib.

Ən diqqətçəkən göstərici isə “The Odyssey” filminə aiddir. Ekran əsəri dünya üzrə 550 milyon dollardan artıq “IMAX” kassa gəliri əldə edərək şirkətin tarixində bu formatda ən çox gəlir gətirən filmə çevrilib. Filmin ümumi qlobal gəlirinin 30 faizindən çoxu məhz “IMAX” kinoteatrlarının payına düşüb.

Şirkət dekabrda nümayiş olunacaq “Dune: Part Three” filminə də böyük ümid bəsləyir. Bu nəticələr kinoteatrların böyük ekran və xüsusi nümayiş texnologiyalarına marağın hələ də güclü olduğunu göstərir.

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı" Şüşə qablar, sənaye qalıqları və gündəlik əşyalar... - Parisdə qeyri-adi sərgi Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью