Odlu silah əldə etmək üçün yaş həddi qaldırılır

14.02.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda mülki odlu silah əldə edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi təklif edilir. 

Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью