Odlu silahlarla bağlı əməliyyatlar keçirilib

19.04.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Aprelin 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 6 tüfəng və 153 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bununla yanaşı, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan bir nəfər 1 avtomat silahı, 13 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Binəqədi rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı və 13 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью