Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Koreyada 60 yaşlı kişi odsaçanla çoxmərtəbəli yaşayış binasında yanğın törədib. Hadisə nəticəsində azı üç nəfər həyatını itirib, bir neçə sakin isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Oxu.Az-ın "Yonhap"a istinadla verdiyi məlumata görə, qorxunc hadisə Seulda yaşanıb.
Polis araşdırması göstərir ki, yanğın çoxmərtəbəli yaşayış kompleksinin dördüncü mərtəbəsində başlayıb. Yandıran şəxs alovlandırıcı kimi pestisid püskürdücüsündən istifadə edib. Hadisə yerində onun cəsədi aşkarlanıb.
Məlum olub ki, yanğından bir neçə saat əvvəl həmin kişi çoxmərtəbəli binadan 1.5 kilometr məsafədə yerləşən villanı da yandırmağa cəhd edib və intihar məktubu qoyub.