Odun sobasından qığılcım düşdü, 23 yaşlı qız yandı Xəbər saytı Son xəbərlər və Hadisələr

25.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuzda gənc qız yanıq xəsarətləri alıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Nərmin Şaiq qızı Hüseynzadə evdə 2-ci dərəcəli termiki yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisə mənzildəki odun sobasından düşən qığılcımdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью