“Odur ki, yenidən borc götürməyə başladıq”

18.06.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Bu gün xarici borcumuz ÜDM-in yalnız 6 faizini təşkil edir, odur ki, biz yenidən borc götürməyə başladıq. Fasilə yaranmışdır, lakin biz yenidən borc götürməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə institutu İslam İnkişaf Bankı idi. Çünki bizim bu Bankla güclü əlaqələrimiz, ortaq tariximiz və çox məhsuldar, konstruktiv münasibətlərimiz var”, - deyə Prezident vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью