Ofeliya Sənani ilə bağlı nikbin xəbər

21.12.2024

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.

Ölkə.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Xətai Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:

"Hazırda vəziyyəti qənaətbəxşdir".

"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью