Ofeliya Sənanidən xəbər var FOTO

24.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Xalq artisti Ofeliya Sənani Xətai Tibb Mərkəzində müalicəsini bitirib və evə yola salınıb.

Globalinfo.az bildirir ki, Mərkəzdən Lent.az-a verilən xəbərə görə, Ofeliya xanım özünü yaxşı hiss edir. Təzyiqi normaya düşüb, vəziyyəti stabilləşib.

Ofeliya Sənani bu müddət ərzində onun qayğısına qalmış bütün həkimlərə və tibb bacılarına minnətdarlığını bildirərək, göstərilən xidmətdən məmnun qaldığını söyləyib.

O, həmçinin, sağlığı ilə bağlı narahat olan hər kəsə öz təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью