Ofeliya Sənaninin son durumu açıqlandı

21.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Xətai Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:

“Hazırda vəziyyəti qənaətbəxşdir”.

“Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi”, – deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью