Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Süni intellekt sistemlərindəki sürətli irəliləyişlər iş yerini yenidən formalaşdıran yeni sənaye inqilabına təkan verir" Bir qrup tədqiqatçı süni intellektin iş yerlərində fərdlərin psixologiyasına təsirini üzə çıxarıb.
Tapıntılar süni intellektin psixi qeyri-sabitliyi artırdığını göstərir.
“Journal of Applied Psychology” jurnalında dərc edilən araşdırmada, işdə müntəzəm olaraq süni intellektdən istifadə edən şəxslərin daha çox tənhalıq və yuxusuzluq yaşadıqları ifadə edilib.
Həmin şəxslərin daha çox içdikləri də aşkarlanıb. Süni intellekt insanların kommunikasiya ehtiyacını azaldır.
Tədqiqatçılar tənhalıq hissinin bundan qaynaqlandığını düşünürlər.
Məqalədə deyilir ki, "Süni intellektlə daha tez-tez qarşılıqlı əlaqədə olmaq işçilərin sosial cəhətdən bir-birindən uzaqlaşmasına səbəb ola bilər.
Bu, təklik hisslərini artırır." Tədqiqat ABŞ, Tayvan, İndoneziya və Malayziyada aparılan 4 təcrübə əsasında aparılıb.