Ögey atasından şiddət gördü: Sığınacağa yerləşdirildi

26.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda evdən qaçıb parkda gecələyən azyaşlı sığınacağa yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşım edib.

Onun sözlərinə görə, uşaq ögey atasından şiddət gördüyü üçün evdən qaçıb.

"Uşağın atası həbs olunduqdan sonra anası yenidən ailə qurub. Bundan sonra o, çətin günlər yaşamağa başlayıb. Uşağın bildirdiyinə görə, atalığı onunla kobud davranıb və evdə yaşadığı münasibətlər zamanla dözülməz həddə çatıb. Sonuncu dəfə yaşadığı vəziyyətə dözə bilməyən uşaq gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Təsadüfən onu görən vətəndaşlardan biri dərhal polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra uşaq uşaq sığınacağına aparılıb.

Məlumata görə, balacanın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan əlavə, daha iki bacı-qardaşı doğuşdan sonra həyatını itirib.

Hazırda uşağın ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini bildirir və başqa yerə getmək istəmədiyini açıq şəkildə ifadə edir", - deyə Mehriban Zeynalova qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью