Ögey qızına insan nəcisi yedirən qadın həbs edildi FOTO

29.05.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə ögey qızına işgəncə verən qadın həbs edilib.

Ölkə.Az DHA-ya istinadla xəbər verir ki, hadisə 2020-2022-ci illər aralığında Kayseri şəhərində baş verib.

Belə ki, 39 yaşlı ata C.Y 6 yaşlı oğlu R.Y -nin 2020-ci ildə ikimərtəbəli çarpayıdan yıxılaraq ölməsindən sonra vəziyyətdən şübhələnib.

Ata 7 yaşlı qızı B.Y-nin və həyat yoldaşı Fatma Y-nin davranışlarında qəribəlik sezib.

Evə səsyazma cihazı yerləşdirən ata 40 yaşlı Fatma Y-nin B.Y-ni təhqir etdiyini, işgəncə verdiyini və insan nəcisi yedirdiyini öyrənib.

Kişinin hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra həyat yoldaşı Fatma Y saxlanılıb.

Kayseri Regional Ədalət Məhkəməsi ögey qızına işgəncə verən qadını 5 il müddətinə azadlıqdan məhrum edib.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью