Ögey qızının ölümündən sonra istefa verdi

12.10.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın əmək və sosial məsələlər naziri Berbel Bas istefa verib.

“Qafqazinfo” Almaniyanın “ntv” portalına istinadən xəbər verir ki, 58 yaşlı siyasətçi həmçinin Sosial-Demokratlar Partiyasının həmsədri postunu da tərk edir.

B.Bas öz qərarını ögey qızının vəfatından sonra verdiyini desə də, bu addımı koalisiya üzrə tərəfdaşlar tərəfindən üzləşdiyi təzyiqlərə görə də atdığını bildirib. 

“Ögey qızımın ölümündən sonra anladım ki, kədərimi yaşamaq üçün mənə vaxt lazımdır”, - siyasətçi qeyd edib.

Onun sözlərinə görə, hazırda partiya və hökumətdə işini tam şəkildə icra edə bilmir. 

Qeyd edək ki, Berbel Bas 2021-ci ildən 2025-ci ilin martına qədər Almaniya parlamentinin sədri vəzifəsində çalışıb. O, ötən il Sosial-Demokratlar Partiyasının həmsədri seçilib və 2025-ci ilin mayından əmək və sosial məsələlər naziri vəzifəsini icra edib. Son aylarda o, istefa çağırışları da daxil olmaqla, sosial islahatların sürəti ilə əlaqədar tənqidlərlə üzləşmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью